Ehtimal nəzəriyyəsi və riyazi statistika. Dərs vəsaiti. I nəşr
Müəllif | H.M.Əhmədova |
---|---|
Nəşr olunduğu il | 2002 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Gənclik |
Nəşr yeri | Bakı |
H.M.Əhmədova. Ehtimal nəzəriyyəsi və riyazi statistika. Dərs vəsaiti. I nəşr. Bakı, Gənclik, 2002.
Dərslikdə ehtimal nəzəriyyəsi, təsadüfi proseslər nəzəriyyəsi, riyazi statistikaya aid əsas mövzular əhatə olunmuşdur. Ehtimal fəzası, tasadüfi kəmiyyət, təsadüfi kəmiyyətin ədədi xarakteristikaları, şərti ehtimal və şərti riyazi gözləmə, yığılma anlayışları, böyük ədədlər qanunu, gücləndirilmiş böyük ədədlər qanunu verilmiş, mərkəzi limit teoremi isbat edilmişdir. Təsadüfi prosesin tərifi, təsadüfi proseslərin təsnifatı, Puasson, Viner və şaxələnmə prosesləri, Markov zənciri və Markov zənciri vəziyyətlərinin təsnifatı şərh edilmişdir. Riyazi statistikanın əsas məsələləri araşdırılmış, ehtimal paylanmaları parametrlərinin qiymətləndirilməsi nəzəriyyəsinin bəzi metodları şərh olunmuşdur. Əsas anlayışlar 200-dən artıq məsələ və misallarla işıqlandırılmışdır