GERIYƏ

Yazıya və yaxud gizli Dədə Qorqud

Müəllif Kamal Abdulla
Nəşr olunduğu il 2009
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Kamal Abdulla. Yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, Mütərcim, 2009.

Bu əsər tanınmış yazıçı-dramaturq, dilçi-alim prof. Kamal Abdullanın «Kitabi-Dədə Qorqud» dastanlarının gizli qatlarından bəhs edən araşdırmalarının yeni məntiqi nəticəsidir. 1991-ci ildə çap olunmuş «Gizli Dədə Qorqud» əsəri 1994- cü ildə Türkiyədə Bursa və İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəşr edilmişdir. 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşri «Sirriçində dastan və yaxud gizli Dədə Qorqud-2» adı ilə, 2009-cu ildə isə yenidən işlənilmiş və təkmilləşdirilmiş nəşri rus dilində («Тайный Де- де Коркуд») çap olunmuşdur. <> adı ilə oxucuya təqdim edilən hazırkı tədqiqat bu istiqamətdəki çalışmaların təbii və layiqli davamı kimi, qədim Dastanımızın gizli, dərin dünyasına bir daha baş vurmaq ehtiyacından yaranmışdır. Bu nəşr eyni zamanda elmi aparat və müəyyən əlavələrlə zənginləşmişdir.