İqtisadi yazılar
Müəllif | Elşən Bağırzadə |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi |
Nəşr yeri | Bakı |
Elşən Bağırzadə. İqtisadi yazılar. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2020.
Ölkəmizdə əksər elmlər üçün olduğu kimi, iqtisad elmi üçün də irəli sürülən tənqidlərin mühüm bir hissəsi, bu elmin əhali arasında populyarlaşmasına xidmət edən əsərlərin məhdudluğu haqqındadır. Bu tənqidlərin haqlı olduğunu düşünürəm və əlinizdəki kitabın bu sahədəki boşluqların aradan qaldırılmasına az da olsa töhfə verə biləcəyinə ümid edirəm. Kitabın ərsəyə gəlməsi bir çox şəxsin, o cümlədən də "Nurlar nəşriyyatı" kollektivinin gərgin əməyi nəticəsində mümkün olmuşdur. Bu insanların hamısına təşəkkürümü bildirirəm