GERIYƏ

DİLÇİLİYƏ SƏYAHƏT. Dilçi olmayanlar üçün dilçilik

Müəllif Kamal Abdulla
Nəşr olunduğu il 2010
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Kamal Abdulla. DİLÇİLİYƏ SƏYAHƏT. Dilçi olmayanlar üçün dilçilik. Bakı, Mütərcim, 2010.

Görkəmli Azərbaycan alimi, yazıçı Kamal Abdullanın bu kitabı dilçi olmayanlar üçün dilçilik elminin bir çox sirlərini açır. «Dilçilik həyatımızda nədir?» sualına cavab axtaran müəllif öz əsəri ilə bu elmin populyarlaşmasına xidmət göstərmiş olur, eyni zamanda kitab gənc filoloqlar üçün faydalı bir intellektual vəsaitə dönür. Aydın bir üslubda yazılmış əsər, inanırıq ki, müxtəlif elmlərin nümayəndələrinin marağına səbəb olacaq.