Tarixsiz gündəlik
Müəllif | Kamal Abdulla |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | XXI-YNE |
Nəşr yeri | Bakı |
Kamal Abdulla. Tarixsiz gündəlik. Bakı, XXI-YNE, 2005.
Elə bil yuxu görürəm. Amma bu yuxu yavaş- yavaş reallığın ölçülərini alır. Üzlər, gözlər həmən- həməndir. Amma baxışlar o baxışlar deyil. Bu adamlar doğrudanmı iki ay bundan əvvəlkilərdir? Heç inanmaq olmur. Amma həqiqət bundan ibarətdir. Həqiqət Mariya Semyonovna deyən kimidir: nə azdır, nə çoxdur; nədirsə odur. Ətli- canlı, sözlü-söhbətli Mariya Semyonovna yadıma düşən kimi o dəqiqə kefim düzələn kimi olur. İndi də bu sözləri yaza-yaza hiss edirəm ki, dodaqlarım qaçıb...