GERIYƏ

Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar

Müəllif Fərid Ələkbərli
Nəşr olunduğu il 2014
Elm sahəsi İnformasiya-sənəd menecmenti
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Fərid Ələkbərli. Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar. Bakı, Elm və təhsil, 2014.

Kitabda Vatikanın Məxfi Arxivində və Apostol Kitabxanasında mühafizə olunan Azərbaycan əlyazmaları haqqında ilkin məlumat verilir. Bu məlumatları müəllif Fərid Ələkbərli 2010-2014 illər ərzində baş tutmuş Vatikana ezamiyyətləri zamanı əldə etmişdir. Ezamiyyətin məqsədi Vatikan kitabxanalarındakı Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb edilməsi idi. Aparılmış araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılmış və Azərbaycan tarixinə aid 85 sənəd aşkar edilmişdir. Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılmışdır. Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb edilmiş və həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazma əsəri aşkar edilmisdir.