GERIYƏ

Mifologiya və folklorşünaslıq məsələləri

Müəllif Ramazan Qafarlı
Nəşr olunduğu il 2002
Elm sahəsi Mədəniyyət
Nəşriyyat ADPU
Nəşr yeri Bakı

Ramazan Qafarlı. Mifologiya və folklorşünaslıq məsələləri. Bakı, ADPU, 2002.

Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonrakı on ildə xalqımızın mənəvi dəyərlərini öyrənməyə dövlətin göstərdiyi qayğı sayəsində böyük tədbirlər həyata keçirilmişdir. Ölkə prezidenti Heydər Əliyev cənablarının «Kitabi-Dədə Qorqud» eposunun 1300 illiyi ilə bağlı verdiyi tarixi Fərman və Prezident yanındakı müşavirələr göstərdi ki, qədim və zəngin folklora, yazı mədəniyyətinə malik Azərbaycan xalqının ədəbiyyatının dərin qatlardakı izlərinin aşkarlanması ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, ali təhsilin magistr mərhələsinin tətbiqinə başlanandan «Folklorşünaslıq və mifologiya» ixtisası üzrə kadrların yüksək səviyyədə hazırlanması daim diqqət mərkəzində olmuşdur