GERIYƏ

TƏFƏKKÜR PSİXOLOGİYASI: MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

Müəllif C.H. Məmmədov, L.M. Əliyeva
Nəşr olunduğu il 2023
Elm sahəsi Sosial elmlər
Nəşriyyat
Nəşr yeri Sumqayıt

C.H. Məmmədov, L.M. Əliyeva. TƏFƏKKÜR PSİXOLOGİYASI: MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ. Sumqayıt, , 2023.

İstənilən dərs vəsaitinin yazılması zamanı, öyrənilən obyektlə bağlı çoxsaylı və ziddiyyətli materialın seçilməsi meyarı məsələsi ortaya çıxır. Onun həllinin müvəffəqiyyət dərəcəsi vəsaitin müəlliflərinin peşəkar hazırlıq səviyyəsi ilə bilavasitə bağlıdır. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının əməkdaşları dosent C.H. Məmmədov və dosent L.M. Əliyeva tərəfindən təqdim edilən dərs vəsaitinin tərtibatı keyfiyyət və əhatə səviyyəsinə görə diqqəti cəlb edir. Müasir dövrdə cəmiyyətdə psixologiya elminə pozitiv yanaşmanın formalaşması, onun praktiki tətbiqinə tələbatın artması, psixoloji təhsilə maraq ali məktəb sistemində psixoloji yönümlü fənlərin tədrisinin keyfiyyətini təmin edə biləcək dərs vəsaitlərinin çatışmaması ilə bağlı ziddiyyətli vəziyyətin aradan qaldırılması zərurəti təqdim edilən dərs vəsaitinin aktuallığını və əhəmiyyətini göstərir.