Azərbaycanlıların soyqırımı: 1917-1920-ci illər
Müəllif | Abışov Vaqif Şirin oğlu |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Turxan NPB |
Nəşr yeri | Bakı |
Abışov Vaqif Şirin oğlu. Azərbaycanlıların soyqırımı: 1917-1920-ci illər. Bakı, Turxan NPB, 2013.
Monoqrafiyada birinci dünya müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri və eləcədə Rusiyanın köməyi sayəsində Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayətlər törədən, Bakı Soveti, Bakı Xalq Komissarları Soveti, Sentrokaspi diktaturası və Ararat (Ermənistan) Respublikası dövründə azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından zorla qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı arxiv sənədləri və materiallara istinadən araşdırılır.
Monoqrafiya son dövrlərdə çap olunmuş elmi-tədqiqat əsərlərindən, eləcədə mövzu ilə bağlı xüsusi əhəmiyyət kəsb edən digər materiallardan istifadə etməklə yenidən işlənmişdir.
Monoqrafiya tədqiqatçılar, müəllim və tələbələr, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.