Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr yeri | Bakı |
. Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə. Bakı, Parlaq İmzalar, 2024.
Keçmişdən günümüzədək cəmiyyətin inkişafına nəzər salsaq, burada ayrı-ayrı tarixi dövr və ya mərhələlərin olduğunu aydın görərik. Tarixi dövrlər isə özünün spesifik xüsusiyyətləri ilə fərqlənmiş, cəmiyyətin tərəqqisi, irəliləməsi üçün yollar axta- rılmışdır. Bu baxımdan Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonrakı illəri yaşadığımız mühüm bir tarixi dövr kimi səciyyələndirə bilərik. Bu dövrdə Azərbaycan xalqı böyük bir tarixi inkişaf yolu keçmişdir. Doğrudur, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində doğma yurd yerlərimiz ermə ni təcavüzünə məruz qaldı. Erməni vandalları öz havadarlarının köməyi ilə azərbaycanlıları qətlə yetirməklə onları hədələdilər, tarixi torpaqlarımızdan Qərbi Azərbaycandan çıxardılar və onlar qaçqın, didərgin həyatını yaşamağa başladılar. Digər tərəfdan, Qarabağ ərazisində də erməni silahlı birləşmələri qətliamlar, soyqırımlar törədərək o bölgədə yaşayan soydaşlarımızın doğma yerlərini tərk etmələrinə, köçkün düşmələrinə səbəb oldular.