Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi
Müəllif | Quliyev Cəmil Şamil oğlu |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Quliyev Cəmil Şamil oğlu. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları Şimali Azərbaycanın Rusiya tərəfindən işğalını öyrənmək üçün mənbə kimi. Bakı, Elm və təhsil, 2018.
Tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrü təşkil edir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə tarixi Azərbaycan torpaqlarının Qacarlar İranı və Çar Rusiyası tərəfindən işğalı QAKA-nın sənədləri əsasında araşdırılmışdır. Tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin oxuculara təqdim etdiyi ilk monoqrafiyasından tarix müəllimləri, ali təhsil müəssisələrinin tarix fakultəsinin bakalavriat, magistrant və doktorantları eləcə də 5503.02 "Vətən tarixi" ixtisası üzrə müxtəlif elmi-tədqiqatlarla məşğul olan alimlər, mütəxəssislər, dissertantlar və digər şəxslər faydalana bilərlər