GERIYƏ

Erməni məsələsi xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan

Müəllif Hasanbala Sadıqov
Nəşr olunduğu il 2012
Elm sahəsi Tarix
Nəşriyyat Adiloğlu
Nəşr yeri Bakı

Hasanbala Sadıqov. Erməni məsələsi xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan. Bakı, Adiloğlu, 2012.

Kitabda tarixi ədəbiyyatımızda çox az tədqiq edilmiş bir mövzunun, "Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalan" istiqlalımız baxımından yeni mənbələrin cəlb edilməsi ilə öyrənilmə sinə cəhd göstərilmişdir. Tarixin ayrı-ayrı dönəmlərində türklərə, o cümlədən Azərbaycan xalqına çeşidli xəyanətlər etmiş, əməllərini yalanlarla parda ləyərək ölkəmizə qarşı ərazi iddiaları qaldırmış ermənilər bir sıra facialar törətmiş, bəşəriyyət tarixində misli görünməmiş cinayətlərə imza atmışlar. Təcavüzkar erməni şovinistlərinin "Böyük Ermənistan" xülyalı ideoloqlarının ssenarisi və xaricdəki havadarlarının köməyi ilə ötən əsrin ayrı-ayrı dövr lərində həyata keçirdikləri etnik təmizləmə kampaniyasının acı nəticələrinin şahidi olan yüz minlərlə azərbaycanlı amansızca qətl edilmiş, müxtəlif vaxtlarda ata-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşlar. Çap edilmiş arxiv sənədlərinə, ilk mənbələr və tarixi ədəbiyyatda istifadə edilmiş sənədlərə, o cümlədən xarici mənbələrə daha obyektiv yanaşılmışdır. Azərbaycan tarixinin ən ağrılı mövzusu tədqiq edilərkən ilk dəfə olaraq yalnız rusdilli mənbələrdən deyil, amerikan, ingilis, almanı, fransız mənbələrinin orijinal nüsxəsindən, imkan olmadıqda tərcümə variantından və türkdilli mənbələrdən istifadə edilmişdir.