Şimali və Orta Dağıstanda iğtişaşların başlanması haqqında
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Şimali və Orta Dağıstanda iğtişaşların başlanması haqqında. Bakı, Elm, 2024.
1823-cü ildə Kürə torpaqlarında (ellərində) Yaraq kəndindən doğulmuş molla Məhəmməd yaşayırdı. Geniş ağlına görə o, Dağıstanda tanınan alim idi, baş qazı rütbəsinə görə isə yoxsul olmayan yaşayış əldə etmək imkanına malik idi. Molla Məhəmmədin yanında yeddi il ərzində buxaralı Xasməhəmməd tərbiyə olunurdu. O, çox səylə oxuyur, xüsusən də ərəb dilinin öyrənilməsində böyük uğurlar qazanırdı. Yeddi ildən sonra o, Buxaraya gəldi; lakin onun öz soydaşlarının yanında olub-olmaması məlum deyildir, ancaq bir ildən sonra o, yenidən öz qoca müəlliminin yanına qayıtdı.