Osmanlı imperiyasında "erməni məsələsi" problemi
Müəllif | Əmrahov Ziyad |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əmrahov Ziyad. Osmanlı imperiyasında "erməni məsələsi" problemi. Bakı, Elm və təhsil, 2017.
XIX əsrdən etibarən Osmanlı imperiyasının tarixi ilə bağlı məsələlərdə ―erməni məsələsi‖ amili özünü qabarıq şəkildə göstərməkdədir. Bu təhlükəli amil indi də mövcuddur və tarixi proseslərin izlənilməsi onu deməyə əsas verir ki, hələ uzun müddət də mövcud olacaqdır. Bu kampaniyanın kökündə tarixən Osmanlı imperiyasını parçalamaq, müasir mərhələdə isə Türkiyəni öz prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır. Erməni siyasətçiləri və başbilənləri tərəfindən istiqamətləndirilən və kənar qüvvələr tərəfindən dəstəklənən Osmanlı imperiyasının erməni əhalisi isə bu dostluğa, qardaşlığa xəyanət etmiş, əlverişli məqam düşən kimi Osmanlı imperiyasının şərq vilayətlərində Ermənistan adlı dövlət yaratmağı planlaşdırmışdır.