Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941. Bakı, Elm, 2008.
Bu cilddə Vətən tarixinin mürəkkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tam və hərtərəfli şərh olunur.