GERIYƏ

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN BİOLOGİYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURIKULUMU) (VI-XI SİNİFLƏR)

Müəllif
Nəşr olunduğu il 2013
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

. AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN BİOLOGİYA FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURIKULUMU) (VI-XI SİNİFLƏR). Bakı, , 2013.

Orta ümumtəhsil məktəblərinin başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində xüsusi rol oynayır. Biologiya bu fənlərdən biri olmaqla canlılar aləmindən bəhs edir, şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranması, quruluşu, yayılması, inkişafı, qorunması, ən başlıcası isə biososial varlıq olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri bilik, bacarıq və əməli vərdişlər verir. Biologiya təbiətə aid digər elm sahələri ilə sıx əlaqədardır. Fizikanın, kimyanın, riyaziyyatın, coğrafiyanın bir sıra qanunları və ekoloji problemlər haqqında təsəvvürü olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə bilmədiyindən, biologiyanın tədrisi prosesində həmin fənlərə istinad edir. Yalnız bu halda dünyanın tam bir vahid kimi qavranılması üçün zəmin yaranmış olur. Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat tərzinə hazırlanır