Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri
Müəllif | Səmyuel Uimz |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | OKA Ofset |
Nəşr yeri | Bakı |
Səmyuel Uimz. Ermənistan - terrorçu "xristian" ölkənin gizlinləri. Bakı, OKA Ofset, 2004.
Xalqımızın zorla düçar edildiyi Qarabağ konfliktinin mayasında nələr dayanır? Qafqaz və Kiçik Asiya regionunda ermənilərin pozuculuq fəaliyyəti, qətliamlar törətməsi haçandan və hansı bəd niyyətli qüvvələrin təhriki ilə başlanmışdır? Erməni mənbələrinin özləri-özlərini necə ifşa edir? Əl açaraq bütün dünyanın qapılarında dilənən ermənilər yığdığı sədəqə pulunu hansı məqsədlərə yönəldir?
Bu qəbildən olan daha çoxlu suallara cavab tapmaq istəyirsinizsə, tanınmış Amerika alimi Səmyuel A. Uimzin bu kitabını oxuyun. İbrət almaq, nəticə çıxarmaq baxımından əvəzsiz mənbə olan "Ermənistan terrorçu "xristian" ölkəsinin gizlinləri" kitabını!
Samyuel A. Uimz (Samuel A. Weems) Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünas-vəkil və hakimi olmuşdur. O, Arkanzas Universitetinin Qanunçuluq fakültəsində hüquq elməlri doktoru alimlik dərəcəsi almışdır. Şəhər şurasında fəaliyyyət göstərməklə yanaşı S. Uimz Arkanzas ştatının Konstitusiyasını yenidən işləyən yüz nəfərlik müəlliflər heyətinə seçilmişdir.
Çoxsaylı məqalələr müəllifi və gündəlik qəzetin köşə yazarı olmuş S. Uimz həm də əsl səyyah sayıla bilər. Təkcə bu kitab üzərində işləyərkən materiallar toplamaq üçün o, London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində tədqiqat işləri aparmışdır.
Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri kitabını müəllif Ermənilərin Böyük Fırıldağı Seriyasının I cildi kimi nəzərdə tutaraq 2003-cü ilin aprelində ABŞ-da çap etdirmiş, lakin kitabın işıq üzü görməsindən az sonra müəmmalı şəkildə qəflətən vəfat etmişdir.