Xocalı soyqırımı
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Xocalı soyqırımı. Bakı, , 2016.
1992-ci il fevralın birinci yarısınadək ermənilər Şuşa- Xocalı yolu və Şuşanın ətrafındakı yaşayış mətəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə hücuma keçərək Xocalı şəhərini və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər.