Onlar heç vaxt böyüməyəcəklər
Müəllif | Müslümqızı Səriyyə |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Müslümqızı Səriyyə. Onlar heç vaxt böyüməyəcəklər. Bakı, Azərnəşr, 2019.
Mən tarixin ən dəhşətli və insafsız gecələrindən biri - 1992-ci
il fevralın 26-sı haqqında nə kitablardan oxumuş, nə də o gecənin faciəsini yaşamış insanların danışdıqlarını eşidib dəhşətə gəlmiş adamam. Sadəcə, alnımda taleyin dəhşətli bir yazısı varmış...
Mən həmin faciənin şahidiyəm...
Mən Xocalı faciəsinin içərisindən keçib-gəlmiş, o dəhşəti canında, ruhunda yaşamış, indi də sağ qalmasına təəccüblənən, həm də peşman olan qismətsiz Xocalı sakiniyəm.
Tarixin yaxasından yapışıb ona suallar verməyə gücüm çatmır.
Gücüm yalnız insanları səsləyib, «Bəsdirin, bəsdirin, töküldü qan, axdı qan», - deyə hayqırmağa çatır...