GERIYƏ

Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri

Müəllif Nazim Tapdıqoğlu (Vəlişov)
Nəşr olunduğu il 2015
Elm sahəsi Tarix
Nəşriyyat
Nəşr yeri Bakı

Nazim Tapdıqoğlu (Vəlişov). Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri. Bakı, , 2015.

Kitabda 1988-ci ilin fevralından başlayan və 12 may 1994-cü ilə (atəşkəs rejimi qüvvəyə minənə kimi) qədər davam edən Qarabağ müharibəsində Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhərləri, rayonları, qəsəbələri, kəndləri bütövlükdə 900 yaşayış məntəqəsi haqqında ətraflı məlumatlar (yaşayış məntəqələrinin əhalisinin sayı, yerləşdiyi coğrafi mövqe, işğal tarixləri, toponimləri, əhalinin təsərrüfat məşğuliyyəti, şəhidləri, daxil olduğu iqtisadi rayon və s.) öz əksini tapmışdır. Vətənpərvərlik ruhunda yazılan və gərgin zəhmət hesabına araya-ərsəyə gətirilən bu dəyərli kitab uzaq və yaxın tariximizi öyrənmək, ümumilikdə kimliyimizi bilmək, onu dərk etmək baxımından hər bir ev, hər bir ailə üçün gərəklidir. Bu qiymətli kitab tədqiqatçılar və ümumilikdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.