Xocalı ensiklopediyası
Müəllif | Nazim Tapdıqoğlu (Vəlişov) |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Ensklopediya, sorğu kitabları |
Nəşriyyat | Təknur nəşriyyatı |
Nəşr yeri | Bakı |
Nazim Tapdıqoğlu (Vəlişov). Xocalı ensiklopediyası. Bakı, Təknur nəşriyyatı, 2015.
Kitabda müəllifin topladığı materiallar əsasında Xocalı rayonunun 500-dən çox toponimik adları haqqında qısa məlumat verilmişdir. İlk dəfə olaraq bəzi toponimin linqvistik təhlili, mənası, qrammatik quruluşu və paralelləri də kitabda öz əksini tapmışdır. Oxucuların diqqətinə çatdırılan bu kitabda Xocalının bəzi oronim, oykonim və hidronimlərinin xalq etimologiyasına əsaslanan yozumları mənalandırılaraq açıqlanmış, toponimiyamızda bir çox mübahisə doğuran qaranlıq mətləblərin üzərinə müəyyən mənada işıq salınmışdır. Rayonun tarixi, etnoqrafiyası, coğrafiyası ilə bağlı olan bu qısa ensiklopedik məlumat kitabında rayonu əhatə edən kəndlər, qəsəbələr, dağlar, qayalar, dərələr, zirvələr, çaylar, bulaqlar, tarixi memarlıq abidələri, kurqan-qəbiristanlıqlar, tayfalar və s. adların mənşəyi, mənası, dil mənsubiyyəti haqqında izahlı şərhlər verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda Xocalının tarixi, görkəmli şəxsiyyətləri, tanınmış ziyalıları ilə bərabər, eyni zamanda Xocalı faciəsi, onun qurbanları və digər Xocalı şəhidləri haqqında məlumatlar da toplanmışdır. "Xocalı ensiklopedyası" kitabı Xocalı haqqında ilk universal nəşrdir. Xocalı rayonu haqqında geniş bilgi verən bu nəşrdən oxucular səmərəli istifadə edə bilərlər.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur