GERIYƏ

QAYIDIŞ

Müəllif Andrey Platonov
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qanun nəşriyyatı
Nəşr yeri Bakı

Andrey Platonov. QAYIDIŞ. Bakı, Qanun nəşriyyatı, 2021.

Payız olduğu üçün, axşamüstü hava çox soyudu; dəmiryolu vağzalı mü- haribə vaxtı dağıldığından, gecələməyə bir yer də yox idi, ona görə də, İvanov yol keçən ma- şınlardan birinə oturub, yenidən hərbi hissəyə qayıtmalı oldu. Ertəsi gün İvanovun qulluq yoldaşları onu yenidən yola saldılar; yenə də birlikdə mahnı oxudular, dostluqlarının unudulmaz olacağını bildirmək üçün bərk-bərk qucaqlaşdılar, ancaq bu dəfə yola salanlar gözəçarpacaq qədər az idi, həm də onlar artıq dünənki kimi coşqulu da deyildilər.