GERIYƏ

Cinayət və cəza

Müəllif Dostoyevski Fyodor Mixayloviç
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Öndər nəşriyyat
Nəşr yeri Bakı

Dostoyevski Fyodor Mixayloviç. Cinayət və cəza. Bakı, Öndər nəşriyyat, 2004.

XIX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Mixayloviç Dostoyevski dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik fikrinin inkişafına güclü təsir göstərmişdir. Dostoyevski realizminin əsasında insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxucuların diqqətinə təqdim olunan bu kitabın "Cinayət və cəza" romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd eləyən qəhrəmanının tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəkliklə barışmasında görürdü. Dostoyevskiyə görə, hüquqi cəzadan daha ağır olan bir cəza var ki, o da mənəvi işgəncələr, insanın özü-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu mənada bütün ictimai, mənəvi problemlərin həlli insanın mənən kamilləşməsindən, öz ehtirasları üzərində qələbəsindən keçir