GERIYƏ

Mədəniyyət siyasəti və mənəvi dəyərlər

Müəllif Namiq Abbasov
Nəşr olunduğu il 2009
Elm sahəsi Mədəniyyət
Nəşriyyat
Nəşr yeri Bakı

Namiq Abbasov. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Bakı, , 2009.

Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət siyasətinin elmi-müqayisəli təhlili verilir, bu siyasətin milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu araşdırılır və qloballaşma prosesinin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşınmadan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir. Habelə mədəniyyət siyasəti anlayışının təhlili verilir, müstəqillik qazandıqdan sonra əldə olan müvəffəqiyyətlərdən, mövcud olan problemlərdən və onların necə aradan qaldırılması yollarından bəhs edilir. Hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni əməkdaşlığın Azərbaycanda nə dərəcədə inkişaf etdiyi öyrənilir. Milli dəyərlərimizin Azərbaycan kulturoloji düşüncəsindəki spesifik xüsusiyyətləri tarixi inkişaf fonunda izlənilir və dəyərləndirilir.