Atalar və oğullar
Müəllif | I.S.TURGENEV |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qanun Nəşriyyat |
Nəşr yeri | Bakı |
I.S.TURGENEV. Atalar və oğullar. Bakı, Qanun Nəşriyyat, 2014.
İvan Sergeyeviç Turgenevin (1818-1883) "Atalar və oğullar" romanı - XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur. "Atalar və oğullar" romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri - ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axım ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır. "Russkoe slovo" jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX
əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.