Torpaq qan ağlayır
Müəllif | Məhəmmədoğlu Yusif, Yaqubov Elxan |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Oğuz nəşriyyatı |
Nəşr yeri | Bakı |
Məhəmmədoğlu Yusif, Yaqubov Elxan. Torpaq qan ağlayır. Bakı, Oğuz nəşriyyatı, 2014.
Oxucuların ixtiyarına verilən bu kitabın əsas mövzusunu bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı qətliamının törədilməsi, erməni-rus birləşmələri tərəfindən yer üzündən silinməsi, eləcə də faciədən əvvəl və sonra insanlığın buna biganəliyi təşkil edir. Üstündən 22 il vaxt ötməsinə baxmayaraq, Xocalı qətliamı hələ də özünün real siyasi qiymətini almayıb və faciəni törədənlər cəzasızlıq mühitində yaşamaqda davam edirlər. Amma tarix nə qədər örtbasdır edibsə də, faciəyə sükutla yanasan amansız dünyanın qana batmış əllərini gizlətməsi mümkün deyil. Hadisələrin hələ ki, bizim arzuladığımız qaydada getməməsinə baxmayaraq, biz qalib gələcəyik. Halal haqqımızla, mübarizəyə köklənmiş birliyimizlə, ən nəhayət amansız ədalət savaşımızla Xocalımın ucalıqda dayanan xatirəsini layiq olduğu həqiqətə qovuşduracağıq. Kitabda həmçinin ayrı- ayrı millətlərə məxsus olan tarixi şəxsiyyətlərin Qarabağ və ermənilərlə bağlı fikirlərini, eləcə də soyqırıma şahidlik etmiş xarici jurnalistlərin düşüncələri öz əksini tapmışdır.