GÜLLƏ SƏSİNDƏN DOĞULAN KİTAB
Müəllif | İradə Əlili |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | "Ecoprint" |
Nəşr yeri | Bakı |
İradə Əlili . GÜLLƏ SƏSİNDƏN DOĞULAN KİTAB. Bakı, "Ecoprint", 2023.
İradə Əlili. Əlinizdəki kitabın müəllifi olan bu zərif, ilk baxışdan kövrək xanımın əzminə, iradəsinə, vətənpərpərliyinə və zəhmətsevərliyinə heyranam. Heyran olmamaq mümkün deyil. Əslində şairdir İradə xanım. İki şeirlər kitabının müəllifidir. Kövrək, romantik, Vətən sevgisiylə yüklənmiş şeirləri var. İradə xanımın bir neçə şerini oxuduqdan sonra elə bilirsən ki, onu lap çoxdan tanıyırsan. O qədər sadə və səmimi yazır ki, o şeirlərdə özünü görürsən, öz duyğularını görürsən, arzularını, xəyallarını görürsən.