GERIYƏ

İkinci olmayacaq

Müəllif Hüseynov Rafael Baba oğlu
Nəşr olunduğu il 2023
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Hüseynov Rafael Baba oğlu. İkinci olmayacaq. Bakı, Elm və təhsil, 2023.

Azərbaycanın hakimiyyət tarixinin ən müstəsna şəxsiyyətlərindən olan Heydər Əliyev ilk gənclik illərindən başlayaraq səksən illik ömrünün sonunadək altmış ilə yaxın müddətdə dövlət qulluğunda oldu. Azərbaycan Respublikasını hom sovet dönəmində on dörd il, həm də müstəqillik illərində on il idarə etmiş Heydər Əliyev öz xalqının və yurdunun tarixində silinməz izlər qoymuşdur. O, XX yüzilin 90-cı illərində Azərbaycanın Sovet İttifaqının tərkibində yetmiş illik mövcudluğundan sonra yenidən qazanılmış dövlət müstəqilliyinin qorunub-saxlanması, möhkəmləndirilməsi və inkişafındakı misilsiz əməklərinə, müasir milli dövlətin qurucusu olmasına görə sevgi ilə xalqın Ümummilli Lideri adlandırılmış, yaddaşlarda əbədilik yaşamaq haqqı qazanmışdır. Kitabda zəngin arxiv materialları, Heydər Əliyevlə birgə çalışmış şahidlərin xatirələri, müəllifin uzunmüddətli müşahidələri əsasında bu təkrarsız şəxsiyyətin müba- rizəli həyat yolunun dolğun mənzərəsi canlandırılır.