GERIYƏ

Quraq dəmyə şəraitində buğdanın morfofizioloji xüsusiyyətləri və məhsuldarlığı

Müəllif Atabəy Cahangirov, İradə Hüseynova
Nəşr olunduğu il 2024
Elm sahəsi Aqrar
Nəşriyyat Savad
Nəşr yeri Bakı

Atabəy Cahangirov, İradə Hüseynova. Quraq dəmyə şəraitində buğdanın morfofizioloji xüsusiyyətləri və məhsuldarlığı. Bakı, Savad, 2024.

Təqdim edilən monoqrafiyada nəmliklə stabil təmin olunmarrış dəmyə şəraitində payızlıq yumşaq buğdanın su ilə təminat şəraitindən asılı olaraq fenoloji va morfofi- zioloji xüsusiyyətlərinin, məhsuldarlığının, qurıqlığa tolerantlığı və həssaslığının kompleks şəkildə öyrənilməsinin nəticələri verilmişdir. Sünbülləmə tarixi, sünbüllə- mədən tam yetişməyə qədar olan müddət, bitki boyu, gövdə hissələrinin parametrləri, flaq yarpağın ölçüləri və sahəsi, nisbi su tutumu və yaşılqalma müddəti, fotosintetik qaz mübadiləsinin parametrləri, reproduktiv fazaya qədər sintez olunan assimilyatların remobilizasiyası, məhsuldarlıq və quraqlığa həssaslıq və tolerantlıq indeksi fərqli su təminatında tədqiq edilmişdir. Morfofizioloji parametrlərin bir-biri ilə, məhsuldarlıqla və quraqlığa həssaslıq indeksi ilə əlaqələri araşdırılmışdır. Yekun olaraq bir sıra mor- fofizioloji parametrlərin payızlıq buğdanın seleksiyası işində tətbiq edilə bilməsi pers- pektivləri qiymətləndirilmişdir. Monoqrafiyadan stres şəraitində bitkilərin fiziologiyası, payızlıq yumşaq buğda nın məhsuldarlıq istiqamətində seleksiyası sahəsində tədqiqatlar aparan mütəxəssislər və magistrlər faydalana bilərlər