Buğdada duz stresi ilə induksiya olunan morfoloji, biokimyəvi və fizioloji dəyişikliklər
Müəllif | Ülkər İbrahimova |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Aqrar |
Nəşriyyat | Savad |
Nəşr yeri | Bakı |
Ülkər İbrahimova. Buğdada duz stresi ilə induksiya olunan morfoloji, biokimyəvi və fizioloji dəyişikliklər. Bakı, Savad, 2024.
Azərbaycanda mövcud iqlim şəraiti, bu və ya digər dərəcədə şorlaşmış torpaqların üstünlük təşkil etməsi və sahəsinin ildən ilə artması iqtisadi cəhətdən əhəmiyyət kəsb edən bitki genotiplərinin aşkar edilməsi vəzifəsini ön plana çəkir. Bu problemin uğurlu həlli istiqamətində duz stresi şəraitində bitkilərin normal böyüməsini və inkişafını təmin edən fizioloji mexanizmlərin öyrənilməsi əhəmiyyət kəsb edir. Monoqrafiyada tarla və laboratoriya şəraitində yetişdirilən, rayonlaşdırılmış yumşaq (Trirticum aestivum L.) və bərk (Triricum durum Desf.) buğda genotiplərinin duzadavamlılığı hüceyrə və tam bitki səviyyəsində müqayisəli şəkildə tədqiq olunmuşdur. Kitabda duz stresinin təsirindən bitkilərin vegetativ orqanlarında baş verən morfoloji dəyişikliklər, xlofil flüoressensiya analizlərinin tətbiqi ilə fotosintezin işıq fəzasının, osmotik tənzimlənmə, su mübadiləsi proseslərinin göstəriciləri, antioksidant fermentlərin fəallığı, ikincili metabolitlərdən hesab olunan flavanoidlər və antosianların toplanma dinamikası, sortların məhsul elementləri dolğun analiz olunmuşdur.