Ölən Dünyam/roman
Müəllif | İsmayıl Şıxlı |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Nəşr yeri | Bakı |
İsmayıl Şıxlı. Ölən Dünyam/roman. Bakı, Qanun Nəşriyyatı, 2011.
Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi, xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə etibarilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.