GERIYƏ

AZƏRBAYCAN KƏNDİ: EKOLOJİ PROBLEMLƏR, SOSİAL NƏTİCƏLƏR

Müəllif HACI GÜLAĞA İMRAN oğlu
Nəşr olunduğu il 2004
Elm sahəsi Ekologiya
Nəşriyyat ADİLOĞLU
Nəşr yeri Bakı

HACI GÜLAĞA İMRAN oğlu. AZƏRBAYCAN KƏNDİ: EKOLOJİ PROBLEMLƏR, SOSİAL NƏTİCƏLƏR. Bakı, ADİLOĞLU, 2004.

Müasir şəraitdə ekoloji problemlərə həsr olunmuş mövzunun aktuallığını sübut etmək o qədər də çətin deyildir. Əvvəlan, elmi- texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında ziddiyyətlərin son nöqtəyə çatması hazırda çox az adamda şöbhə doğura bilər. İkincisi, müasir ekoloji situasiyadan, daha dəqiq desək, ekoloji böhrandan təkcə hökumətlər və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyacan təbili çalmağa başlamışdır. Deməli, ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması özü-özlüyündə olduqca aktualdır.