Ulu öndərin "Canlı əsəri" Tərlan
Müəllif | Osmanlı Vaqif |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Osmanlı Vaqif. Ulu öndərin "Canlı əsəri" Tərlan. Bakı, Elm və təhsil, 2025.
Vətənimizin qüdrətlənməsi, xalqımızın rifah yüksəlməsi naminə çalışan əmək qəhrəmanlarına Ümummilli Liderimizin diqqəti, qaygısı onun bütün rəhbərliyi dövründə ən yüksək səviyyədə olub. Hələ 20 yaşında "ağ qızıl" tarlalarında vicdanlı, dönməz əməyi ilə xariqələr yaradan, Bəsti Bağırovanın, Sevil Qazıyevanın şərəfli yolunun layiqli davamçısı, Ulu Öndərin çörəyi ilə bö yüyən, halal əməyi ilə zirvələr fəth edən, şan-şöhrət sahibi olan, on il SSRİ Ali Sovetinin, həmçinin müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisinin millət vəkili, Heydər Əliyevin "canlı əsəri", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenli Tərlan Musayevanın 2025-ci ilin yanvar ayında 70 illik yubileyidir.
Araşdırmaçı yazar, publisist, ədəbi təhlilçi Vaqif Osmanlının yubiley mü- nasibəti ilə yazdığı "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yoluna, ictimai-siyasi fəaliyyətinə bir baxış bucağıdır.