QAFQAZŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRİ (məqalələr toplusu)
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr yeri | Bakı |
. QAFQAZŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRİ (məqalələr toplusu). Bakı, Parlaq İmzalar, 2024.
Məqalədə Cənubi Qafqazın subyektlərindən biri olan Ermənistanda insan hüquqlarının vəziyyəti - beynəlxalq humanitar hüququn pozulması, siyasi azadlıq, sərbəst top- laşmaq azadlığı, ifadə azadlığı, ətraf mühitin mühafizəsi və qadın hüquqları, söz və media azadlığı, din azadlığı, azsaylıların hüquqları məsələsi öyrənilir, ümumiləşdirmələr aparılaraq nəticə çıxarılır. Ermənistanın baş nazirinin hərəkətlərinə qarşı aylarla davam edən etirazlardan sonra hökumət başçısının istefa verməsi, keçirilən növbədənkə nar seçkilərdən sonra vəzifəsinə qayıtması və s. kimi proseslər zamanı baş verən neqativ hallar və bunun ölkədə insan hüquqlarının dözülməz vəziyyətə düşməsinə səbəb olması təhlil edilir. Belə bir nəticə çıxarılır ki, Avropa İttifaqına üzv dövlətlərlə müqayisədə Ermənistanda insan haqları acınacaqlı vəziyyətdədir. Həmçinin məlum olur ki, ölkədə hüququn bütün sahələri mənfi hallarla müşayiət edilir şəxsi hüquqlar, siyasi hüquq və azadlıqlar, sosial- iqtisadi hüquqlar, mədəni hüquqlar, ekoloji hüquqlar bir qayda olaraq pozulur.