GERIYƏ

Əsərləri II Cild

Müəllif Yusif Vəzir Çəmənzəmənli
Nəşr olunduğu il 2005
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Avrasiya press
Nəşr yeri Bakı

Yusif Vəzir Çəmənzəmənli. Əsərləri II Cild. Bakı, Avrasiya press, 2005.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında kiçik hekayə janrının görkəmli yaradıcılarından biri kimi tanınmış Yusif Vəzir Çəmənzəminli eyni zamanda iri həcmli əsərlər müəllifidir. Oxuculara təqdim olunan bu cilddəki "Studentlər", "Qızlar bulağı", "İki od arasında" əsərləri ilə Yusif Vəzir ədəbiyyatımız tarixində bir romançı kimi də xüsusi yer tutur. Kiyev təhsil illərinin müşahidələrindən doğan "Studentlər" romanı Çəmənzəminlinin ictimai fikir meydanında söylədiyi öz sözü, öz mülahizələri idi. Yazıçının "Qızlar bulağı” əsəri ədəbiyyatımızda ilk tarixi-fəlsəfi romandır. Doğma xalqının taleyi və tarixi Yusif Vəziri ömrü boyu düşündürmüş, o bu xalqın mənşəyini, uzaq zamanların qaranlığında itən köklərini arayıb axtarmış və romanda özünəməxsus baxımdan əks etdirmişdir. Vətənin taleyi haqqında mühüm tarixi keçidlərdə xalqımızın qarşısına çıxan "olum, ya ölüm məsələləri haqqında dərin düşüncələr Y.V.Çəmənzəminlinin XVIII əsrin böyük sənətkarı və dövlət xadimi Molla Pənah Vaqifin adıyla bağlı olan "İki od arasında" romanında yüksək bədii sənətkarlıqla, həqiqətə güzəştsiz sədaqətlə əksini tapmış və roman ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Romanların mətni müəllifin əlyazmaları ilə tutuşdurulmuş, əvvəlki nəşrlərdə siyasi- ideoloji mülahizələrlə aparılmış ixtisarlar bərpa edilmişdir.