Folklor və dövlətçilik
Müəllif | Xəlil Ağaverdi Sərxan oğlu |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Xəlil Ağaverdi Sərxan oğlu. Folklor və dövlətçilik. Bakı, Elm və təhsil, 2014.
Kitabda orta əsrlər dövrünə aid yazılı abidələrdə əks olunmuş dövlətçilik düşüncəsinin mənəvi əsaslarının əks olunduğu folklor qaynaqları araşdırılmışdır. Bunun üçün "Orxon-Yenisey abidələri", "Kitabi divani lüğət-it türk", "Kutadqu bilik", "Cami ət təvarix", "Siyasətnamə", "Əxlaqi-nasiri", "Kitabi Dədə Qorqud” və başqa yazılı qaynaqlardakı ənənəvi mədəniyyət elementləri, folklor motivləri seçilmiş və dövlətçilik dəyərləri baxımından təhlilə cəlb edilmişdir. Folklor və dövlətçilik əlaqələrinin müasir dövrü ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyətinin nümunəsində təqdim edilmişdir. Tədqiqatdan humanitar elm sahəsinin mütəxəssisləri, alimlər, müəllimlər və universitet tələbələri faydalana bilərlər.