AZƏRBAYCAN RESPUBLİKASI - GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ
Müəllif | SAMİRƏ HƏBİBBƏYLİ |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr yeri | Bakı |
SAMİRƏ HƏBİBBƏYLİ. AZƏRBAYCAN RESPUBLİKASI - GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ. Bakı, Parlaq İmzalar, 2024.
Azərbaycan, gürcü, türk, ingilis və rus dillərində olan mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış monoqrafiyada Azərbaycan Respublikası - Gürcüstan münasibətlərinin başlıca istiqamətləri tədqiq edilmişdir. Əsərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanın daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsinə nəzər yetirilmiş, Gürcüstanla ikitərəfli va çoxtərəfli formatda əməkdaşlığı şərtləndirən tarixi və müasir amillər, siyasi- diplomatik əlaqələrin qurulması və inkişafı mərhələləri, müqavilə-hüquq bazaxı, təhlükəsizlik, müdafiə, ticarət-iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın məqsədləri, formaları və özünəməxsusluqları rəsmi fakt və materiallara istinad edilərək təhlil olunmuş, nəticələrə dair elmi nəzəri ümumiləşdirmələr aparılmışdır. Əsərdə Azərbaycan Gürcüstan Türkiyə üçtərəfli əməkdaşlığının regiona təsiri, Ermənistanın və erməni dairələrinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyətləri. Abxaziya və Tsxinvali (gürcü-osetin) münaqişələrində Azərbaycan Respublikasının mövqeyi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış və artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə Gürcüstanın münasibəti araşdırılmış, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyinə doğru atdıqları addımlar tədqiq edilmişdir.