GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Məhəmməd Hadi
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Məhəmməd Hadi. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005.

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal sima-larından olan Məhəmməd Hadi (1879-1920) ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi-tənqidi əsərlərində əsaslandırmışdır. Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirmişdir. Əfsuslar olsun ki, dövrün bəzi başqa Azərbaycan və Türkiyə şairləri kimi M.Hadinin də dilindəki mürəkkəb ifadələr, ərəb-fars tərkibləri oxucunun bu böyük şairi lazımınca qavramasına, dərk etməsinə müəyyən çətinliklər törədir. Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının müəlliflərindən olan müq- tədir şair keşməkeşli və faciəvi sonluqla bitən bir ömür yaşamışdır.