GERIYƏ

MİRASSIZ VARİSLƏR (Detektiv-sənədli roman)

Müəllif Kamran Qasımov
Nəşr olunduğu il 2014
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat "OL" MMC
Nəşr yeri Bakı

Kamran Qasımov. MİRASSIZ VARİSLƏR (Detektiv-sənədli roman). Bakı, "OL" MMC, 2014.

Rəmzkar alim Əyyub Yusifov, İran dövlətini fakt qarşında qoyacaq və Nadir şahın hakimiyyət tarixinin iç üzünü faş edəcək sirri üzə çıxarmaq niyyətindədir.... Əyyub Yusifov Naxçıvana - Ordubadın Came məscidinə doğru yön alır. Amma niyə? İran xüsusi xidmət orqanlarının onu izləməkdə məqsədi nədir? Tarixi hadisələrdə həmişə şou axtaran gənc tarixçi Kərim Xalıqovun səfərə gedərkən taksi maşınında yandırılmasından sonra başlanan sirli olaylar... Operativ şöbənin əəməkdaşı Leylanın atası Yaqub kişi isə can üstədir. Atası ölüm ayağında ikən, qızına qeyri-adi işarələr cızır. Bundan sonra Leyla köhnə dostu, rəmzkar alim Əyyub Yusifovdan kömək diləyir. Məlum olur ki, Yaqub kişinin cızdıqları işarələr deyil, birbaşa rəmzlərdir və onlar I Şah Abbas Səfəviyə gedib çıxır. Rəmzləri akademik Səfərbəyli ilə müzakirə edən Əyyub, İrana yola düşməyə hazırlaşır, lakin daha sonra vəziyyət dəyişir, nəzərlər qədim Ordubadda cəmlənir... Və ən əsası - Mirassız Varislər, zamanın çarxını geri fırlada biləcəklərmi? Povestdə təqdim olunan hadisələr tam olaraq müəllif təxəyyülünün məhsuludur və onların gerçək həyatla heç bir əlaqəsi yoxdur.