Hipnoz
Müəllif | Elçin Eyvazalı |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Psixologiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Elçin Eyvazalı. Hipnoz. Bakı, , 2020.
Nlp nin qurucuları Dr Richard Bandler və John Grinder, hipnozun atası Dr M. Ericksonu incələdikdən sonra "hipnotik dil nümunələrini" aşkar etdilər.
Hipnotik dil nümunələri insan zehnini sürətli bir şəkildə keçib altşüuruna əmr gizlətməkdir. Bu əmrlər şüur filtirinə taxılmadığından çox tez bir şəkildə insanın altşüurunda yerləşə bilər. Məsələn, altşüuru bir saray kimi düşünün. Hər sarayın olduğu kimi bu sarayın da bir mühafizəçisi vardır. Bu mühafizəçi bizim analitik zehnimiz, yəni tənqidi düşünmə sistemimizdir. Bu mühafizəçinin öz siyahısı var və bu siyahıda olmayan bir şey altşüura keçə bilməz. Bu siyahıda bizim inamlarımız, düşüncələrimiz, mənəvi dəyərlərimiz və normalarımız var. Biz bu keşikçini hipnotik dil nümunələri ilə keçirik.