Seçilmiş əsərləri
Müəllif | Per Lagerkvist |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq və Qərb |
Nəşr yeri | Bakı |
Per Lagerkvist. Seçilmiş əsərləri. Bakı, Şərq və Qərb, 2009.
Bu kitab oxucularımızın Per Fabian Lagerkvistin yaradıcılığı ilə ilk tanışlığıdır. O, bütün yaradıcılığı boyu Tanrısını axtarıb. İnanmaq istərdik ki, onun maraqlı əsərlərini oxuyan hər kəs o ali məqsədə - öz Tanrısını tapmağa bir az da yaxınlaşacaq. Kitaba daxil edilmiş ROMAN VƏ POVESTLƏR: Cırtdan (roman), Varavva (roman), Sivilla, Əbədiyyətin təbəssümü, Mariamna, Cəllad, Dünyada qonaq 1974-cü il iyulun 11-də Stokholm xəstəxanalarından birində Per Lagerkvist adlı insan 83 yaşında beyin iflicindən dünyasını dəyişdi. O, müasir İsveçin ən tanınmış yazıçısı idi. Ədibin bir çox xalqların dillərinə tərcümə olunmuş ən məşhur əsərlərini müasir dünya klassikasının gözəl nümunələri sırasına aid etmək olar.