GERIYƏ

QARS VƏ ARAZ-TÜRK RESPUBLİKALARININ TARİXİNDƏ

Müəllif AYDIN HACIYEV
Nəşr olunduğu il 1994
Elm sahəsi Tarix
Nəşriyyat Azərnəşr
Nəşr yeri Bakı

AYDIN HACIYEV. QARS VƏ ARAZ-TÜRK RESPUBLİKALARININ TARİXİNDƏ. Bakı, Azərnəşr, 1994.

Bütövlükdə tarixi prosesləri təbii proseslərlə müqayisə etmək olar. Təbiətdə həşəratlar bir neçə saat, bəzi heyvanlar əsrlərlə yaşadığı kimi, tarixdə də xalqları əsarətdə saxlayan çoxəsrlik imperiyalarla yanaşı mövcudluğu cəmisi bir neçə ay çəkmiş dövlətlər də olmuşdur. Sonunculara Qars və Araz-Türk respublikalarını, onların qısa, lakin qəhrəmanlıqla dolu tarixlərini də aid etmək olar.