MƏNİM PAYIM
Müəllif | Pərinuş Sənii |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Pərinuş Sənii. MƏNİM PAYIM. Bakı, Qanun Nəşriyyatı, 2016.
Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi. Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim. Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir: - Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabdazadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.