GERIYƏ

HAMLET (Azərbaycan dilində)

Müəllif Vilyam Şekspir
Nəşr olunduğu il 1957
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Azərbaycan jurnalı
Nəşr yeri Bakı

Vilyam Şekspir. HAMLET (Azərbaycan dilində). Bakı, Azərbaycan jurnalı, 1957.

“Hamlet” Şekspirin ən uzun dramı, şübhəsiz ingilis və dünya ədəbiyyatının ən təsirli tragediyalarından biridir. Əsər Hamletin atasını öldürüb anası ilə evlənən və Danimarka taxtını ələ keçirən əmisi Klavdidən intiqam almaq cəhdləri üzərində qurulub. Dram həqiqi bir kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik və dahilik arasındakı incə cizgini, insan münasibətlərini, xəyanəti və əxlaqsızlığı qələmə alır. Şekspirin Hamletin dilindən dedikləri yüzillərdir dünyanı düşündürür: “Olmaq, ya da olmamaq. Bütün problem budur”.