YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN MÜASİR PROBLEMLƏRİ
Müəllif | Zülalə Mahmud qızı Aslanova, Günay Salman qızı Kazımova |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Pedaqogika |
Nəşriyyat | Ecoprint |
Nəşr yeri | Bakı |
Zülalə Mahmud qızı Aslanova, Günay Salman qızı Kazımova. YAŞ VƏ PEDAQOJİ PSİXOLOGİYANIN MÜASİR PROBLEMLƏRİ. Bakı, Ecoprint, 2024.
Müasir dövrdə yaş və pedaqoji psixologiya insanın fərdi və zehni inkişafını arılamaqda mühüm rol oynayır. Bu fənlər fərdin yaşa görə idrak, emosional və sosial qabiliyyətlərinin necə inkişaf etdiyi; təlim və tərbiyə proseslərinin bu inkişafa necə təsir etdiyi ilə bağlı geniş mövzuları əhatə edir. Bu cəhətləri dərindən dərk etmədən təlim və tərbiyə prosesini səmərəli təşkil etmək, həmçinin şəxsiyyətin ahəngdar böyüməsi üçün şərait yaratmaq mümkün deyil. Yaş psixologiyası körpəlikdən yetkinliyə qədər müxtəlif yaş mərhələlərində zehni inkişafın xüsusiyyətlərini öyrənir. Yaşlandıqca insanın düşüncəsində, qavrayışında, emosional sferasında və davranışında dəyişiklik nümunələrini ortaya qoyur.