GERIYƏ

RİYAZİ ANALİZ I-hissə (Dərs vəsaiti)

Müəllif ARZU SƏFƏROVA
Nəşr olunduğu il 2024
Elm sahəsi Riyaziyyat və mexanika
Nəşriyyat Əcəmi
Nəşr yeri Naxçıvan

ARZU SƏFƏROVA. RİYAZİ ANALİZ I-hissə (Dərs vəsaiti). Naxçıvan, Əcəmi, 2024.

Təqdim olunan "Riyazi analiz I" vəsaiti pedaqoji universitetlərdə "Riyaziyyat", "Riyaziyyat müəllimliyi", "riyaziyyat və informatika müəllimliyi" ixtisaslarında birinci kursda tədris olunan "Riyazi analiz 1" fənninin Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris proqramına uyğun tərtib olunmuşdur. Bununla yanaşı hesab edirik ki, vəsaitdən ali riyaziyyat və riyazi analiz fənləri tədris olunan digər istiqamət və ixtisasların tələbələri də istifadə edə bilər. Vəsait 5 fəslə bölünmüş 42 bölmədən ibarətdir. Bu mövzular birinci kursun birinci semestrində keçilən riyazi analiz 1 fənninin əsas mövzularını əhatə edir. Bunlar çoxluqlar və inikaslar, həqiqi ədədlər çoxluğunun aksiomatik quruluşu, ədədi ardıcıllıqlar, funksiyanın limiti, kəsilməz funksiyalar, funksiyanın törəməsi və diferensialı mövzularıdır. Material tərtib olunarkən elə paylanmışdır ki, ondan istifadə edən müəllim və tələbələr müstəqil işləri asanlıqla apara bilərlər. Ümid edirik ki, fundamental nəzəri bölmələrin ənənəvi deduktiv (yəni isbatlarla) üslubda təqdimatı tələbələrdə güclü məntiqi bazanın formalaşmasına, zəruri bilik və vərdişlərin yaranmasına xidmət edəcəkdir