BİR AZ DAHA ÖMÜR SÜRƏK DÜNYADA
Müəllif | FİRUZƏ MƏMMƏDLİ |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
FİRUZƏ MƏMMƏDLİ. BİR AZ DAHA ÖMÜR SÜRƏK DÜNYADA. Bakı, Elm və təhsil, 2024.
Danılmaz faktdır ki, sosial şəbəkə həyatımıza elə daxil olub ki, artıq nə gündəlik yaşamımızı, nə də yaradıcılığımızı onsuz təsəvvür etmək olur. Bəzən olur ki, yazdıqlarımızı virtual arenada paylaşmaqla kifayətlənirik. Artıq elə bir dövrə çatmışıq ki, nəinki real həyatla vizual həyat, yazılı ədəbi nümunələrlə, elektron materiallar arasında gedən mübarizənin şahidi oluruq, hətta hansının qalib gələcəyi dilemmasının həyəcanını da yaşayırıq. Və tez-tez gəlinən qənaət isə belədir ki, kitabı heç nə əvəz edə bilməz. Şəxsən mən zamanı gəldikcə klaviatura ilə yazılanları çap variantına çevirmək lazım olduğunu da düşünürəm. Ən bəsit tərəfi budur ki, əgər sosial şəbəkədə (Facebook- da) yazılan, paylaşılan nümunələr vaxtında kağız variantına çevrilməsə, itmək təhlükəsi yarana bilər