Yol romani
Müəllif | İradə Tuncay |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
İradə Tuncay. Yol romani. Bakı, Təhsil, 2012.
İnsan varsa yol da var. Qısası bu. Və hər dildə olsun gərək Yol sözünün birbaşa, ya da məcazi anlamı. Ömrümüz boyu bu anlamları getdiyimiz yollarla daşıyırıq - «Yola düşürük», «yola gedirik», «yol tapırıq», «yoldan çıxırıq», «yola veririk». Həyat yolumuzu bəlirləyən, bizi biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi. Öz Yolumuzu beləcə tapırıq...