GERIYƏ

BİRMA GÜNLƏRİ

Müəllif Corc Oruell
Nəşr olunduğu il 2013
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qanun
Nəşr yeri

Corc Oruell. BİRMA GÜNLƏRİ. , Qanun, 2013.

Lianaları doğrayan iti kəndli dəhrəsi işə düşdü və enlikürək, taygöz birmalı cəngəllikləri yarıb keçərək onları yola çıxartdı. Flori yırğalanan, ensiz və yastı arabaya oturdu, kəndli cilovu çəkdi, öküzləri qova-qova, qısa taxta parçasını onların quyruqlarının altına soxaraq qışqırdı və cığ-cığ araba cırıldayıb dəbərdi. Birmalılar təkər oxlarını nadir hallarda yağlayırlar, səbəbini soruşsan, yoxsulluğu bəhanə gətirirlər, amma əsas səbəb onların dini inancıyla bağlıdır: bu cırıltıyla bəd ruhları qovduqlarına inanırlar.