GERIYƏ

General

Müəllif Hüseyn Abbaszadə
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Vətən
Nəşr yeri Bakı

Hüseyn Abbaszadə. General. Bakı, Vətən, 2004.

"General" romanı Azərbaycan ədəbiyyatında İkinci Dünya Müharibəsi mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir. Yazıçı xalqımızın böyük oğlu, 2 dəfə Sovet İttifaqı qəh rəmanı, istedadlı sərkərdə, 33 yaşlı general Həzi Aslanovun ağır döyüş yolunu və həyatını yadda qalan rəngarəng tarixi, bədii epizodlarla qələmə alaraq, maraqlı hadisələr və obraz lar qalereyası yaratmışdır. Ona görə də əsər, qarşısına Həzi Aslanovu xalqına olduğu kimi tanıtmaq məqsədi qoyan yazıçıya da xalq sevgisi qazandırmışdır. İlk dəfə 1962-ci ildə işıq üzü görən "General" romanı sonralar dəfələrlə nəşr olunmuşdur.